Misirin keçmiş prezidenti Məhəmməd Mursi terrorçular siyahısına daxil edilib

 
Misirin keçmiş prezidenti Məhəmməd Mursi doğma ölkəsində terrorçular siyahısındadır.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki , bu barədə Qahirə cinayət məhkəməsi qərar qəbul edib.
 
Mursidən başqa “Müsəlman qardaşlar” təşkilatının daha 35 üzvü həmin siyahıya salınıb.
 
 Bunların arasında təşkilatın ideoloqlarından sayılan Məhəmməd Badia, Misir parlamentinin keçmiş sədri Səəd əl-Katatni kimi isimlər də var.
 
Xatırladaq ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursi 2013-cü ilin iyulun 3-də həmin dövrün müdafiə naziri, indiki prezident Əbdül Fəttah əl-Sisi tərəfindən hərbi çevrilişlə devrilib.
 
Mursi 2015-ci ilin mayın 16-da məhkəmə qərarı ilə ölüm cəzasına məhkum edilib. Daha sonra  bu cəza ömürlük həbslə əvəz olunub.
 
2016-cı ilin iyunun 16-da Məhəmməd Mursi Qətər dövlətinin casusu elan edilərək daha 15 il azadlıqdan məhrum edilmə cəzasına məruz qoyulub.
 
Qeyd edək ki “Məsəlman qardaşları” təşkilatı da Misirdə terrorçu təşkilat kimi tanınır.