Misir prezidenti 859 məhbusu əfv edib

Misir prezidenti Abdel Fəttah əs-Sisi bu gün verdiyi sərəncam ilə 859 məhbusu əfv edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.
Sərəncam hər il Misirdə aprelin 25-də qeyd olunan Sinayın azad edilməsi günü münasibəti ilə verilib.
“Müsəlman qardaşları” da daxil olmaqla, bir neçə müxalif hərəkat Qırmızı dənizdəki iki mübahisəli adanın Ər-Riyada verilməsinə etiraz olaraq, aprelin 25-də öz tərəfdarlarını mitinqə çağırıb.
Bununla əlaqədar Misir ordusu ölkədə strateji obyektləri mühafizə altına götürüb.