Əmisi qızını motelə aparıb əyləndi, sonra isə hamamda...

 
Bakı Apellyasiya Məhkəməsində moteldə qətl törətməkdə təqsirləndirilən Asim Ağamalıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
 
İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin edilib.
 
Qeyd edək ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyidi tapılıb. Mərhumu qohumunun - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verən təqsirləndirilən şəxs cəzasının azaldılmasını istəyib. (apa)