Mirşahin Ağayevin vəziyyəti pisləşib - Açıqlama

Bu gün bir sıra saytlarda ANS telekanalında yeni mövsümlə bağlı anons çəkilişlərinin başlanması haqda məlumatlar yayılıb.
 
 
Yayılan məlumatda artıq bir neçə verilişin yeni anonslarının çəkildiyi, telekanalın yayımını bərpa edəcəyi bildirilirdi.
 
Yayılan məlumatla bağlı Turaninfo.az WSEMIR.COM istinadən saytının əməkdaşı ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında yayılan məlumatların əsassız olduğunu, bağlanmış telekanalın heç bir anons çəkə bilməyəcəyini bildirib.
 
 
Mirşahin Ağayev eyni zamanda açıqlamasında zorla danışa bildiyini, özünün vəziyyətinin xəstə, ağır olduğunu bildirib.
 
Qeyd edək ki, ANS telekanalının yayımı bu il iyul ayının 18-dən MTRŞ-nın məlum qərarı ilə dayandırılıb.