Mirmahmud Mirəlioğlu: “Nizami Süleymanovun ölüm xəbərini oxuyanda...”

 
“Nizami Süleymanov artıq vəfat edib. Biz də "Allah rəhmət eləsin" deyirik. Zamanında, yaşadığı dövrdə münasibətlərimiz kəskin olub. Açıq şəkildə sözümüzü bir-birimizə demişik. Hətta canlı yayımda bu baş verib”.
 
Bunu Teleqraf.com-a KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O, daha sonra bildirib ki, bu gün Nizami Süleymanovun vəfat etməsi haqda xəbəri mediadan oxuyub: “Sözün açığı, bir qədər də təsirləndim. Bir Azərbaycan insanı vəfat edib”.
 
M. Mirəlioğlu deyib ki, Nizami Süleymanovla heç vaxt şəxsi münasibətləri olmayıb: “Sağ olduğu müddətdə cəmi 3-4 dəfə rastlaşmışdıq. 1999-cu ildə İstanbul sammiti keçirilirdi və Qarabağ probleminin Azərbaycanın ziyanına həll edilməsi məsələsi var idi. O zaman Əbülfəz Elçibəy bütün siyasi qüvvələri bir araya toplayaq Müqavimət Hərəkatı yaradanda AMİP qərargahında Nizami Süleymanovla görüşmüşdük. Nizami müəllimin bizə münasibəti necə idisə, bizim də ona münasibətimiz elə idi. Bəzən Nizami müəllimin əlində tribuna olurdu, danışırdı. Biz ona Allahdan rəhmət diləyirik”
.
Nizami Süleymanovun eks-prezident mərhum Əbülfəz Elçibəyin yasına qatılıb-qatılmadığı məsələsinə gəldikdə M. Mirəlioğlu deyib ki, həmin vaxt o halda olmayıb ki, bunu görsün: “Mən deyə bilmərəm. Kimsə görübsə, deyə bilər. Onda Elçibəyin müavinləri qorxularından yasa qatıla bilmirdi, bələdçi axtarırdılar, indi Elçibəyçi olublar”.
 
Xatırladaq ki, akademik Nizami Süleymanov iki dəfə prezidentliyə namizəd olub. 1992-ci ildə keçirilən prezident seçkilərində 34 % səs toplayan akademik II yerə çıxıb. Həmin seçkilərdə səslərin çoxunu Əbülfəz Elçibəy qazanaraq prezident olmuşdu.

Загрузка...
Загрузка...