Miri Yusifin həyat yoldaşı: “Bütün qadınlar kimi onun “kapriz”lərinə dözməliyəm” - MÜSAHİBƏ

Miri Yusifin həyat yoldaşı  Nərgiz Mirbabayevaya Teleqraf.com-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik.
 -Nərgiz xanım, Miri Yusifin Yaşıl Teatrda iki günlük konsert proqramı davam edir. Maraqlıdır, adətən o, konsertə necə hazırlaşır?
 -Konsert öncəsi hər şeydən uzaq olur, sakit qalır. Çünki çox həyacanlı olur. Həyəcanı bizə də keçir. Miri Yusifin repertuarında ən çox sevdiyim mahnısı “Məktub”dur. Konsertdə ön sıralarda deyil, kütlənin içində oturmağı xoşlayıram. Tamaşaçıların arasında Miri Yusifi sevənlərin emosiyasını daha yaxşı hiss edirəm.
 -Miri Yusif sizin üçün necə həyat yoldaşıdır?
  -Çox yaxşı həyat yoldaşıdır. Özünün fərqli xasiyyətləri var, amma daha çox “kapriz”lidir. Bütün qadınlar kimi mən də onun “kapriz”lərinə dözməliyəm.
 -“Kapriz”ləri nələrdir?
 -Xasiyyəti çox çətindir...
 -Miri Yusifin çoxlu pərəstişkarları var. Bunu qısqanclıqla qarşılayırsızmı?
 -Təbiətcə çox qısqanc insanam. Amma pərəstişkarlarını ona heç vaxt qısqanmamışam. Zövqlə düşünmüşəm ki, Miri Yusifin belə sevənləri var. Yusif onların sevgisi ilə yaşayır.
 -Tanınmış birisinin həyat yoldaşı olmaq həm də məsuliyyətdir. Çünki həyat yoldaşınız kimi siz də diqqət mərkəzinə düşürsünüz. Özünüzə hansısa məhdudiyyət qoymuşunuz ki?
 -Xeyr, heç bir məhdudiyyət qoymuram. Hamı kimi yaşayırıq.  Tanınmış insanın həyat yoldaşı olmağım heç bir çətinliyi yoxdur. Hər şey yaxşıdır. Hamı necə yaşayır, biz də elə...
 -Tanınmışlar bir çox məkanlara gedə bilmirlər, plestij baxımından...
 - Xeyr, bizdə elə bir hal yoxdur. Miri Yusiflə biz çox sadə insanlarıq. Hətta metro ilə də harasa gedə bilərik. Heç bir çərçivəmiz yoxdur.
 -Bəlkə bu, Miri Yusifin Amerikada yaşaması ilə bağlıdır...
 -Ola bilər. Amma Amerikada mən yox, Miri Yusif yaşayıb. Mən Azərbaycanda yaşamışam.
 -Miri Yusiflə tanışlığınız, ailə qurmağınız haqında danışmağınız istərdik...
 - Mən Kiprdə oxuyurdum, Bakıya tətilə gəlmişdim. İlk dəfə  Miri Yusifi konsertdə gördüm. Səhəri gün  təsadüfən onlara qonaq getdik. Qardaşımın dostu idi.  Bakıda bir ayın içində tanış olduq və evləndik.
 -Bildiyimizə görə işləmirsiniz?
 -İşim uşaqlar və həyat yoldaşımdır. İxtisasca hüquqşünasam, amma işləmirəm.
 -Həmişə gözəl görürnürsüz...
 - Məni formada saxlayan Miri Yusifdir. Onun üçün hər zaman gözəl olmaq istəyirəm. Ən gözəl stimulum Miri Yusif və uşaqlarımdır.
 -Həyat yoldaşınızın iyulun 8-də baş tutacaq konsertində iştirak etdiniz, bu gün də konsertə gedəcəksiniz?
 -Əfsus ki, bu gün uşaqarla xarici ölkəyə istirahətə gedirik. Biletləri çoxdan almışıq. Amma ürəyim buradadır. Miri Yusif də konserti verib, bizim yanımıza gələcək, inşallah.