“Mircəfər Bağırov Sultan bəyə Azərbaycana qayıtmağı təklif etmişdi, amma...” - GİZLİ TARİX

 
 
 
Xəbər verdiyimiz kimi, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə və baş redaktorun müavini Tural Səfərov bu günlərdə Türkiyədə səfərdə olarkən Qars vilayətinin Koçköy kəndində xalq qəhrəmanı Sultanbəyin məzarını da ziyarət edib (bax: moderator.az/news/192598.html).
 
Saytımızda bu barədə reportaj təqdim edildikdən sonra Milli Məclisin üzvü Mahir Abbaszadə redaksiyamıza telefon açaraq sözügedən ünvandakı məzarın əslində Sultan bəyə məxsus olmadığı iddiası ilə çıxış edib.  
 
Məsələ aydınlıq gətirmək üçün əməkdaşımız Sultan bəylə eyni nəslin ən yaşlı nümayəndələrindən biri ilə görüşüb. Bərdədə yaşayan, rayonda sayılıb-seçilən, nüfuzlu şəxsiyyətlərdən biri olan Mütalib Muradov xalq qəhrəmanının həyatına aid bir sıra məqamlara da aydınlıq gətirib. O, Sultan bəydən yazmış bəzi yazıçı və jurnalistlərin bir sıra yalan və yersiz şişirtmələrə yol verməsini qeyd edib.
 
Sultan bəyin tayqulaq Androniklə Laçının Zabux kəndi yaxınlığındakı son döyüşü gerçəkdən necə baş verib?  Andronik bu döyüşdə canını necə qurtarıb?  General Səmədağa Mehmandarov həmin döyüşdən sonra Sultan bəy haqda nə deyib? Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq qəhrəmanına Bakıda hansı vəzifəyə dəvət olunmuşdu? Mircəfər Bağırov 1920-ci illərdə İranda yaşayan Sultan bəyə kimin vasitəsilə məktub göndərib Vətənə qayıtmağı təklif etmişdi?  Laçının vəzifəli şəxslərindən biri  “Şamo” romanında Sultan bəyin mənfi obrazını yaratmış xalq yazıçısı Süleyman Rəhimova nələr söyləyib?
 

 
Sultan Laçın

Загрузка...
Загрузка...