Mingəçevirdən, Məhkəmələrin qanunsuz hökümlərdən şikayət var!

Salam! Hörmətli Turaninfo.az redaksiyası.
Sizə, Azərbaycan məhkəməllərinin çıxardığı qanunsuz hökümləri və mənim başıma gətrilən oyunlardan yazaraq kömək istəyirəm!
Biz, keşmiş həyat  yoldaşım Elmira Abdullayeva (Muxtarova) ilə, birgə nikah dövründə qazandığımız əmlakların (Mingəçevir şəhərində Puşkin küçəsi bina 10-da 2 otaqlı 5 nömrəli mənzil, 18792 manat bank əmanəti, əmək haqlarımızdan yığılan mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində elektrik, məişət-mebel avadanlıqları və qızıl zinət əşyaları) keçmiş həyat yoldaşım Elmira Yaşar qızı Abdullayeva (Muxtarova) və atası Yaşar Səməd oğlu Abdullayev tərəfindən qanunsuz yollarla ələ keçirilməsi barədə Mingəçevir şəhər Məhkəməsinə müraciət etdim.
Mingəçevir şəhər Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu birgə nikah dövründə qazandığımız mənzilə mülkiyyət hüququmu tanıyan, 6444 manat dəyərində olan məişət-mebel avadanlıqları və qızıl-zinət əşyalarının bir qisminin bölünməsi haqda qərar qəbul etdi, lakin birgə nikah dövründə qazandığımız 18792 manat bank əmanətimizi bölmədi. Mənzilimizdə olan əmək haqlarımızdan yığılan 9000 manat pulu araşdırmadı. Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elbrus Məmmədov, Namiq Məmmədov, Elman Rəhimov bank əmanətimizi rüşvət alaraq Mingəçevir şəhər Məhkəməsinin qətnaməsini ləğv etdi.
Ali Məhkəmənin “əməkdar hüquqşünası” Əsədov Bağır Həbib oğlu kassasiya şıkayətimin dəlillərinə cavab verə bilməyərək məni birgə nikah dövründə qazandığımız əmlakların bərabər payda bölgüsündən məhrum edən Azərbaycan Qanunvericiliyinə uyğun olmayan Qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin www.president.az saytına şikayət etdim. Dərhal ASC "Xalq" Bankın Yevlax filialındakı kassir vəzifəmdən də azad olunaraq çöllərdə, küçələrdə qaldım, yaşamaq üçün lazım olan bütün imkanlardan məhrum olundum. Xahiş edirəm, insanlıq naminə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq pozulmuş hüquqlarımın bərpa olunmasına köməklik edəsiniz. Hörmətlə, Vüqar Muxtarov.