“Milyonçu” şousunda İLK - 1 milyonluq suala cavab verdi...

20-dən çox ölkədə təşkil edilən “Kim milyoner olmaq istəyir?” yarışmasının Türkiyədəki buraxılışında bir ilk yaşanıb.
Publika.az xəbər verir ki, yarışmanın Çağdaş İrfan Yıldırım adlı iştirakçısı 1 milyon lirəlik sual mərhələsinə qədər gəlib.
O, sualın cavabını tapsa da, təqdim olunan ən böyük məbləği əldə edə bilməyib.
Buna səbəb isə sualı cavablandırmadan öncə yarışmadan imtina etməsi olub. İrfan 1 milyon lirəlik sualı gördükdən sonra yarışmadan çəkilmək istədiyini bildirib. Yarışdan imtina etdikdən sonra suala verdiyi təxmini cavab isə doğru çıxıb.
Bununla da İrfan yarışmadan 250 000 lirə qazanıb. Buna baxmayaraq, İrfanın qazandığı bu məbləğ yarışma tarixində qazanılan ən böyük məbləğ olub.
Qeyd edək ki, “Kim milyoner olmaq istəyir?” yarışmasında 1 milyon dəyərindəki hədiyyə 15-ci suala verilir. Lakin yarışma tarixində 15-ci suala doğru cavab verən, yaxud yarışmaqdan imtina etmədən düzgün cavabı bilən iştirakçı, hələ ki, olmayıb.
Zümrüd

Загрузка...
Загрузка...