Milyonçu övladlarının yeni ƏYLƏNCƏSİ: qızıl silahlar və... - FOTOLAR

Bir çox ölkələrdə təmtəraqlı həyat tərzini nümayiş etdirmək gənclər üçün əsas məşğuliyyətə çevrilib. Məsələn, neft zəngini olan ərəb ölkələrində gənclər bu sahədə birinciliyi heç kəsə vermirlər. Varlı ərəblərin övladları adətən lüks avtomobilləri və yaxtaları nümayiş etdirir, yaxud da milyonlarla dolların əhatəsində çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşırlar.
Amma Rusiyada “qızıl gənclik” bu işə yeni bir rəng qatmaq istəyib. Həm də bunun üçün onlara ərəblər qədər varlı olmağa ehtiyac yoxdur. Sosial şəbəkələrdə özlərinin təmtəraqlı və bir qədər də fərqli həyat tərzini silahlarla nümayiş etdirmək rus gənclər arasında məşhurluq qazanmağa başlayıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu ölkənin “qızıl gəncləri”ni cəsarətlə ayrı sosial qrup hesab etmək olar.
Bu insanlar öz qaydaları, öz dəyərləri və sevincləri üzrə yaşayırlar. Lakin onları bir xüsusiyyət birləşdirir: Rusiyada hər şeydən çox tapılan silahlarla internetdə lovğalanmaq arzusu. Qızıl suyuna çəkilmiş “Kalaşnikov” (AK-47) silahı isə demək olar ki, Rusiyanın “qızıl gəncliyi”nin birləşdirən əsas dəyərdir.
Həmin fotolardan bəzilərini təqdim edirik.
Ömər Dağlı

Загрузка...
Загрузка...