Milyonçu maşınla 6 nəfərin üstündən keçdi - DƏHŞƏTLİ VİDEO - FOTOLAR

Ukraynanın Xarkov şəhərində 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.
Publika.az xəbər verir ki, hadisəni törədən şəxs Xarkovun tanınmış iş adamı “Tayfun qrup” şirkətinin prezidenti Vasili Zayçevin qızı, 1997-ci il təvəllüdlü Alyona Zaitsevadır. O, "Lexus" avtomobili ilə qırmızı işıqda keçərək dəhşətli qəzaya səbəb olub.
Qayda pozuntusu təhlükəsizlik kameralarına düşüb. Qız avtomobili ilə yolun sağ istiqamətində səkidə dayanan insanları əzib. Hadisə nəticəsində aralarında 15 yaşlı məktəblinin və hamilə qadının olduğu 6 nəfər həlak olub, 6 nəfər isə ağır xəsarətlər alıb.
Hadisə barəsində cinayət işi başladılıb.

Загрузка...
Загрузка...