​Milyonçu deputatın səsi 2015-dən eşidilmir: Mahir Aslanov hardadır? - Faktlar

Tarix: Bu gün, 08:58Milyonçu deputatın səsi 2015-dən eşidilmir: Mahir Aslanov hardadır?
 
96 saylı Goranboy-Naftalan seçki dairəsinin seçiciləri bərk nigarandır. Onların sözlərinə görə, deputat Mahir Aslanovun 2015-ci ildən eşidilmir.
 
Mandat aldığı gündən səsi gəlməyən millət vəkili bəlkə də parlamentin ən unudulmuş, deputat olduğu yada düşməyən üzvüdür.
 
Hətta həmkarları arasında onu tanımayanların olması da təəccüb doğurmaz. İndiyə qədər M.Aslanovun nə səsini duyan olub, nə çıxışını eşidən, nə mətbuata müsahibə verdiyini görən.
 
Bu barədə Politika.Az-ın Siyasət Şöbəsi xəbər yayıb. Seçicilərin müraciəti əsasında hazırladığımız materialda deputatın fəaliyyətinin nədən ibarət olduğunu öyrənməyə çalışmışıq.
 
Onun nə son iqtisadi proseslər, nə Tarif Şurasının qərarları, nə aktual siyasi müzakirələrdə iştirakı olmayıb. 2015-ci ildən M.Aslanovun parlamentdə funksiyasının nədən ibarət olduğu bilinmir.
 
Təsadüfi deyil ki, əmisi oğlu Natiq Aslanov Naftalanın icra başçısıdır. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən işlərə imza atıb. Onun rayonun ərazisində bir neçə iri ticarət obyekti və mülkü var.
 
O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz Group” 1992-ci ildə fəaliyyətə başlayıb.
 
“Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir.
 
Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır.
 
Politika.Az bildirir ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır.
 
Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb. Deyilənə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək də müşkül məsələdir.
 
Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür.
 
Azərbaycanın siyasi-iqtisadi həyatına bu qədər hadisə baş verməsinə baxmayaraq, M.Aslanov öz kainatında yaşayır. Deputat parlamentdə ağzını açıb bir kəlmə danışmayıb.

Загрузка...
Загрузка...