​Millət vəkili xərçəngə tutulan rejissora baş çəkdi - FOTO

 
Millət vəkili Qənirə Paşayeva xərçəng xəstəliyinə tutulan rejissor Şahin Zəkizadəyə baş çəkib.
 
Teleqraf.com xəbər verir ki, rejissor bu haqda sosial şəbəkədə yazıb.
 
“Bu gün bir daha anladım ki, həyatda ən əsas şey insanın böyük ürəyə sahib olmasıdır! Bu gün iki gözəl xanım mənə mənəvi dayaq oldu. Biri qadın siyasətçilər arasında xalqa yaxın olan, onun məhəbbətini qazanan Qənirə Paşayeva, digəri mənim neçə illik dostum, həmkarım, jurnalistikada öz dəsti-xətti ilə məşhurlaşan İlhamiyyə Rzayeva.
 
Bu iki insanın gəlişi məni çox duyğulandırdı...Sizə təşəkkür edirəm!!! Mənə özümdən çox sevdiyim vətənimə lazım olduğumu hiss etdirdiniz. Öncə bir insan və daha sonra bir peşəkar kimi. Bu mübarizədə mənə güc verdiniz.  Allahın nəzəri daim üstünüzdə olsun”.