Millət vəkili Rasim Balayevlə görüşdü - FOTOLAR

Xalq artisti Rasim Balayevlə millət vəkili Qənirə Paşayeva görüşüb.
Publika.az xəbər verir ki, deputat sosial şəbəkədə görüşdən fotoları paylaşaraq aktyorla bağlı fikirlərini bölüşüb:
“Azərbaycan kinosunu onsuz təsəvvür etmək sadəcə mümkünsüzdür. “Dədə Qorqud”da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o, qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi, yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, televiziya ekranlarında az görünməyə başladı, amma heç kəs onu unutmadı, ona sevgi azalmadı.
Bu gün neçə saat söhbət necə keçdi heç xəbərimiz olmadı. Sözün əsl mənasında dərdləşdik Rasim müəllimlə. Nəsimi ruhlu, dünyagörüşlü bir ziyalı ilə söhbət təbii ki, maraqlı idi. Rasim müəllim inşallah sağlamlığına da qısa zamanda inanırıq ki, tam qovuşacaq. Onun əsas dərmanı isə insanların sevgisi olacaq yenə. Oturduğumuz məkandan ayrılanda insanların yaxınlaşıb necə böyük sevgi ilə onunla danışmaq istəməsi, şəkil çəkdirmək marağı bir daha göstərirdi ki, o, Azərbaycan mdəniyyəti tarixində hər zaman yaşayacaq. Söhbətimiz o qədər maraqlı idi ki, hamımız qatılmalı olduğumuz tədbirdən imtina etdik, zəng edib üzr dilədik. Rasim müəllim, siz hələ uzun illər yaşayacaqsınız, rollar da yaradacaqsınız. Sizinlə hələ neçə-neçə filmlər tamaşaçıları düşündürəcək, bəzən sevindirib, bəzən kədərləndirəcək. Siz Azərbaycana çox lazımsınız və özünüzü daha da çox qorumalısınız. Sizə ilk öncə möhkəm can sağlığı arzulayırıq və buna tezliklə tam qovuşacağınıza inanırıq”.

Загрузка...
Загрузка...