​Millət vəkili Lənkəranskinin dəfnində

 
Kriminal avtoritet Rövşən Canıyevin dəfn mərasiminə bir sıra tanınmış adamlar da qatılıb.
 
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dəfn mərasimində iştirak edib.
 
Qeyd edək ki, Fəzail Ağamalı Caniyevlərlə qohumudur.  Belə ki, Fəzail Ağamalının qardaşı qızı Rövşən (Caniyev) Lənkəranskinin qardaşının həyat yoldaşıdır.