​Millət vəkili İstanbul terrorundan saniyə etibarilə qurtuldu


Milli Məclisin deputatı Elşən Musayevin Türkiyədə baş verən terrordan qurtulması an məsələsi olub.
 
Bu barədə deputat Elşən Musayev Aktual.az-ın əməkdaşıyla söhbətində bildirib:
 
"İstanbula nə zamandır dəvətli idim. AKP-dən olan dostlarımızın tədbirinə. Ayrıca, düşündüm, getmişkən gözümdəki çox ciddi problemlə bağlı həkimə də müraciət edərəm. Sırağagün axşam reysi ilə doğma şəhərə, gözəl İstanbuluma doğru istiqamət götürdüm. Çatan kimi də "Barbaros” caddesindəki otellərdən birinə yerləşdim".
 
Millət vəkili bildirib ki, həkimdə yoxlanandan sonra şəhəri gəzməyə çıxıb:
 
"Qaldığım otel düz "Taksim”lə "Beşiktaş”ın arasında yerləşdiyindən (üstəlik, "İnönü” stadionundan üzü yuxarı dolambaclarda kiçik meşə örtüyü ətrafı ilə yürüməyi sevdiyimdən) elə bu aralardaca zaman öldürmək qərarı aldım. Düşdüm "Barbaros” caddesi ilə üzü aşağı. Sonra qalxdım üzü yuxarı. Düz 4 saat dolaşdım oraları. Hər zamankı sevgi ilə.
 
Guya futbola baxacaqdım. Amma demə oyun bitibmiş artıq. Fanatlar da bayırda. Elə onlaraca qarışıb "Gəzi Parkı”na doğru qalxdım. Və... yorğun halımla girdim otelə.
 
Qəfildən ard-arda partlayış səsləri gəldi. Pəncərəyə doğru qaçdım... Düz 7-10 dədiqə öncə üzərində addımladığım küçəyə baxdım... Aman Allahım! Eyvandan günorta və axşam saatlarında çəkdiyim mənzərə pozulub. Hamı panikadadır...
 
Yoxsa, yenəmi terror?!
 
P.S. Gerisini təsvir eləməkdə acizəm. Nə yazıq ki..."

Загрузка...
Загрузка...