"Milli valyutamızın üzərinə Xətainin, Rəsulzadənin, Elçibəyin şəklini vurmaq olar"

Sərdar Cəlaloğlu: "Hansı ki, onlar dövlətçiliyimizlə bağlı ilk addımları atıblar"
 
 
Son günlər ölkə ictimai rəyində ən çox müzakirə edilən məsələlərdən biri milli valyutamızın üzərinə bəzi tarixi-siyasi şəxsiyyətlərin şəklinin vurulması ilə bağlıdır. Maraqlıdır, milli valyutamız üzərində tarixi şəxsiyyətlərimizin şəklinin vurulmasına ehtiyac varmı? Əgər varsa, o zaman kimlər bunun üçün münasibdir?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu müasir dünyada bu kimi addımların elə də məqsədəuyğun hesab edilmədiyini vurğulamaqla yanaşı, bəzi tarixi şəxsiyyətlərin şəklinin milli valyuta üzərinə vurulmasının mümkünlüyünü qeyd etdi:
"Bu, monarxiya rejimlərindən qalma bir şeydir. Hər bir şah, kral, imperator hakimiyyətə gələndən sonra öz pulunu çap etdirirdi və həmin pulun üzərində də onun şəkli olurdu. Müasir dünyada bu, o qədər də dəbdə olan bir şey deyil. Bütünlükdə isə dövlətin, respublikaçılığın əsasını qoya, bu istqimaətdə ilk addımları atan şəxslərin şəklini milli valyuta üzərinə vurmaq olar. Məsələn, Şah İsmayıl Xətainin, Məmməd Əmin Rəsulzadənin, Elçibəyin şəklini vurmaq olar. Çünki onlar bizim dövlətçiliyimiz istiqmətində ilk addımları atıblar".