Milli Şuradan sәrt bәyanat: “Hakimiyyәt mitinqdәn qorxuya düşüb”

Milli Şuranın yaydığı bəyanatda deyilir:
 
Milli Şura Konstitusiyaya dәyişikliklәrlә bağlı keçirilәcәk referenduma etiraz mәqsәdilә sentyabrın 11-nә mitinq tәyin edib. Mitinq Konstitusiyaya ölkәdә monarxiya quruluşunu qanunilәşdirmәyә xidmәt edәn müddәaların tәklif olunmasına, hökumәtin yarıtmaz idarәçiliyi sәbәbindәn әhalinin iqtisadi fәlakәtlә üz-üzә qalmasına etiraz mәqsәdi güdür. Buna görә dә “Monarxiyaya yox! Talana son!” adlanır. Milli Şura mitinqin yerini vә vaxtını razılaşdırmaq üçün avqustun 31-dә Bakı şәhәr İcra Hakimiyyәtinә müraciәt edib (mәktubda 11 sentyabr, saat 17:00-dan 19:00-a qәdәr Bakının Yasamal rayonundakı “Mәhsul” stadionu göstәrilib). Qanunla BŞİH müraciәtә aksiya üçün elan edilmiş vaxta 3 iş günü qalana qәdәr cavab vermәlidir. İndiki halda bu müddәt sentyabrın 6-da bitib. Lakin BŞİH hәlә dә Milli Şuraya cavab vermәyib. Milli Şura BŞİH-in cavabı gecikdirmәsini ümumilikdә hakimiyyәtin elan olunmuş mitinqdәn qorxiya düşmәsi ilә әlaqәlәndirir. Milli Şura 11 sentyabr mitinqinә hazırlığı yüksәk sәviyyәdә aparıb. Sosial şәbәkәdә mitinqә dәvәt yüksәk rәğbәtlә qarşılanmış, mitinqlә bağlı mәlumatlar 1 milyona yaxın sosial şәbәkә istifadәçinә çatdırılmış, aksiyanın başlıca tәşkilati donoru olan AXCP 10-larla mitinq müşavirәlәri keçirmişdir. Bir sıra başqa tәşkilat vә qruplar da mitinqә dәstәklәrini ifadә etmişlәr. Belәliklә, 11 sentyabra elan olunan etiraz aksiyası ümumxalq mitinqi sәviyyәsinә qalxmışdır. Bütün bunlar hakimiyyәti ciddi tәşvişә salıb vә buna görә dә mitinq әleyhinә sәrt qara piar kampaniyasına başlanılıb. Mitinqin gözlәnilәn kütlәviliklә baw tutmasına mane olmaq üçün Milli Şuraya tәzyiqlәr artırılıb, hakomiyyәtin bütün tәbliğat vasitәlәri, o cümlәdәn televiziyalar mitinq әleyhinә kampaniyaya sәfәrbәr olunib, hәtta Azadlıq qәzetinin çapından da hәmçinin bu mәqsәdlә imtina edilib. Milli Şura bәyan edir ki, BŞİH-in cavab mәktubunu qanunu pozaraq yubatması mitinqlә bağlı cәmiyyәtdә qeyri-müәyyәnlik yaratmağa vә hazırlıq işlәrini pozmağa hesablanıb. Mili Şura BŞİH-dәn tәlәb edir ki, qanunsuzluğa son qoysun vә mitinq üçün müraciәtә dәrhal cavab versin.