​Milli Şura Bakıda mitinq keçirib – YENİLƏNİB

 
Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
 
 
 
Lent.az-ın məlumatına görə, aksiya iştirakılarına tez-tez meydanın arxa sıralarına çəkilmək, bayraqları meydana səpələməklə bağlı çağırışlar edilib.
 
 
 
Mitinqdə Milli Şuranın Koordinasiya Şurasının üzvləri Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Eldəniz Quliyev və Əli Kərimli çıxış ediblər. Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılmayıb.
 
 
 
Əli Kərimli növbəti aksiyanın sentyabrın 17-ə təyin edildiyini bildirib. Maraqlıdır ki, sentyabrın 18-də də Müsavat Partiyası mitinq təyin edib.
 
 
 
Daxili işlər orqanlarındakı mənbə mitinqdə 2500 nəfərə qədər iştirakçı olduğunu bildirib. 
 
 
 
Aksiya insidentsiz başa çatlb.
 
***
 
17:05
 
Bu gün Milli Şura paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirir.
 
 
 
APA-nın məlumatına görə, aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumda Konstitutsiyaya ediləcək dəyişikliklərlə bağlıdır.
 
 
 
Mitinqin təhlükəsizliyi Bakı polis tərəfindən həyata keçirilir.