​Milli Məclisin deputatı Tarif Şurasının qərarının ləğvini tələb etdi

 
Noyabrın 30-da Milli Məclisdə bir necə komitənin birgə iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəssi müzakirə olunub. Müzakirə zamanı Fərəc Quliyev enerji daşıyıcılarının qiymət artımı ilə bağlı tarif şurasının qərarının ləğv olunmasını tələb edib
 
Turaninfo.Az avropa.info-ya istinadən Fərəc Quliyevin çıxışının tam mətnini təqdim edir.
 
Hörmətli hökumət üzvləri,mən Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı bütün sahələr üzrə fikirlərimi bildirəcəyəm.İndi isə vaxt az olduğundan yalnız dünən enerji daşıyıcılarının qiymət artımına münasibət bildirmək istəyirəm.Bu qiymət artımını adi bir hal kimi təqdim etməyiniz doğru deyil.Artıq bazarda qiymətlər yüksəlməyə başlayıb. Enerji daşıyıcılarının qiymət artımı bütün sahələrə təsir edəcəkdir.Bu il istehlak mallarının idxalı artıbdır,hərçəndi biz ixracın artmasını gözləyirdik.Bazarda xaricdən idxal olunan istehlak mallarının qiymətinin artması manatın məzənnəsinə də mütləq təsir edəcək.Bu isə kredit borcu olanların vəziyyətini bir az da ağırlaşdıracaq.
 
Enerji daşıyıcılarının qiymət artımı təkcə əhaliyə deyil,ozəl və dovlət müəssisələrinə də pis təsir edəcək.Müəssisələrin baglanması,ixtisarlar başlaması riski artar. Hökumətin məntiqsiz qərarları işləmək istəyən müəssisələrə də mane olur.Sadə bir örnək verim-kolleqamız Cavid Qurbanov təyinat alan kimi rəhbərlik etdiyi müəssisədə ciddi irəliləyişlərə nail oldu,islahatlar apardi,avadanlıq,qurğu,vaqonları dəyişdi,bir neçə ölkə ilə səmərəli iqtisadi anlaşma əldə etdi .İşləri sahmana saldı və bu yaxınlarda Bakı-Sumqayıt xəttində qiymətlərin endiriləcəyini bildirdi.İndi qəflətən Enerji daşıyıcılarının qiymət artımından sonra nəinki gediş haqqını azaltmaq,hətta qaldırmaq zərurəti yarana bilər.
 
Eyni hal özəl müəssisələrə də aiddir.
 
Büdcə gəlirlərini artırmaq üçün hələ ki, hökumət təbii inhisarların qiymətlərini artırmaqdan başqa alternativ düşünə bilmir. Hökumət sanki neft quyularının yanında dayanıb gözləyir-neft cixsa büdcəni formalaşdırsın. Biz bu hallardan narahatləq bildirdikcə ,Hökumət mənbə göstərin deyir.Mənbəni biz tapmalı,biz göstərməliyiksə,onda hökumət nəyə lazımdı?Heç tutaq ki neft yoxdu.Zəhmət çəkin mənbə tapın.150 milyarda qədər neft gəlirlərimiz olub.Qeyri-neft sektoru bərbad vəziyyətdədir. Nə istəmisiniz Prezident veribdir ,hansı sahəyə demisiniz sərəncamlar imzalayıbdır. Artıqlaması ilə vəsait verilibdir.Hanı bizim qeyri-neft sektorumuz?
 
Doqquz iqlim qurşağı olan,yeraltı,yerüstü sərvətləri aşıb –daşan bir ölkədə heç neftə ehtiyac yoxdur.
 
Ona görə enerji daşıyıcılarının qiymət artımı ilə bağlı bu lüzumsuz qərar ləğv olunmalıdır.
 
Təşəkkür edirəm.

Загрузка...
Загрузка...