​Milli Məclisin deputatı Hadı Rəcəbliyə İmişli qazilərindən sərt ittiham


İmişli Qarabağ qazilərindən Ali Baş Komandan möhtərəm İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyeva cənablarına qazi I qrup əlil Cavid Nəriman oğlu Şahbazovun onkoloji xəstənin müalicəsi nəzarətə götürülməsi barədə
Müraciət
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri Taleh Evaz oğlu Tapdıqov dedi:Ronaldinyonun Bakıya gəlişinə 2 miliyon dollar xərc çəkənlər I qrup Qarabağ qazisi, onkoloji xəstə Cavid Nəriman oğlu Şahbazovun İsraildə müalicəsi 50 min dollardan keçməzlər.Vətənin müdafiyəsində yaralanan,sağlamlığın vətənə olan sevgisinə verən, namus, qeyrət uğrunda döyüşən Cavid bəyə 2 yaşlı oğul, 2 məktəbli qız atasına müalicə üçün pul tapmaq əvəzinə Hadi Rəcəbli adına təyin olunmuş deputata Hafiz Hacıyev tutarlı, sərt tamamilə haqlı olaraq ifadə edib: “Milli Məclisdə oturanların əksəriyyəti şəxsi maraqlaraını güdür.Onun bu xalqdan oğurladıqları, irilərinə yaltaqlanmaqla milyardlar qazanması onun ölkədə böyük mülkədara çevirib.Onun Qarabağ əlillərinin, digər insanların sosial təminat məsələlərindən danışmağa mənəvi haqqı yoxdur.O, villalarda eyş-işrətlə yaşayır.Harda bilsin ki, Qarabağ əlili hansı əziyyəti çəkir? Onun villaları, obyektləri əlindən alınmlıdır.Qarabağda onun nə oğlu, nə qardaşı, heç bir qohumu vuruşmadığına görə, müharibə əlillərinə qarşı bu dərəcədə ədalətsizlik nümayiş etdirir.Qarabağ əlillərinə verilən imitiyazların kəsilməsini təklif etmək isə vicdansızlıq və əxlaqsızlıqdır”- deyir Müasir Müsavat Partiya sədri O, haqlıdır, Rəcəbli, Əsabillər, lal deputat təyin olunanlar, bizləri Ali BaşKomandana qarşı qaldıra bilməzlər.Komandanımızın bir çağrışında vətənin müdafiyəsinə daim hazırıq, prezidentimizdən umacağımız isə Cavid bəyin 4 az yaşlı və məktəbli övladlarını, anası 83 yaşlı Leyla ananı gözü yaşlı qoymamağı acizanə sürətdə xahiş edirik.83 yaşlı Leyla ana deyir ki: İyulda (2016-cı il) I qrup qazi oğlum Elman dünyasını dəyişib, belim bükülüb.3 oğlumu vətənin müdafiyəsinə göndərdim, əgər Cavid bir şey olarsa 3 gündən artıq yaşamaram.Hadi Rəcəbli mənim göz yaşlarımdan, Cavidin 4 övladlarının nisgillə yaşamağından utansın, ayıb olsun ona, mandat ona haramdır.O mənim kimi anaları dövlətə, prezidentə qarşı aqressiv etməyindən utanmalıdır, etdiyi ciddi səhvə görə üzr istəyib , mandatı təhvil verməlidir.Mənim qazi olmuş 3 igid oğlanlarım, onun yaxınları kimi yağ-bal içində yaşamayıb, hətta ölümlə vuruşduğu anlarında da Cavid şikayət etməyi ummur: Mənim qızım artıq məktəbli qurtarır qız atası kimi, ummaq, şikayət etmək, qazi üçün yaraşmır”- deyir.Prezident, Birinci xanım səhiyyə nazirini oğlumu müalicə etdirməyə kömək etmələrini 3 qazi oğul 83 yaşlı ana kimi rica edirəm, onları bağrıma basıram”- deyir və ağlayır Leyla ana, haraya çəkir, möhtərəm prezidentimiz sizdən qazilər rəhbəri kimi, ziyalı qazi kimi, mən Taleh  Tapdıqovda xaiş edirəm: Cavid Nəriman oğlu Şahbazovun müalicəsinə nəzarətə götürün”- deyir Taleh bəy və gözləri yaşarır.Əsabil Qasımov, Əvəz Şükürov, Tikinti kralları Məhərrəm, Aqil, Adil, Tağıyevlər, Fərhad, Yusif, Ağayev qardaşları və.s onlarla milyarderlər hansısa müğənni qadına inomarka aftomobil konfort ev açarları, villalar bağışlaya bilərlər amma Cavid Şahbazova I qrup Qarabağ əlilinə müalicə üçün bir konfetdə verməzlər amma dünyada milyarder olan Bill Qeyts sərvətinin 95%-ni kasıblara bağışlayır.İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq.Qeyd edək ki, o, 80 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamlarından biridir.İtalya mətbuatına danışan 60 yaşlı milyarder deyib ki, sərvəti onun ehtiyacından qat-qat artıqdır və onun 95 faizindın ümumiyyətlə istifadə etmək prespektivi görmür.”Uşaqlarıma yaxşı təhsil alma imkanı yaradan bildiyim və onların həyatları boyunca pulla bağlı probleminin olmayacağını təmin edə bildiyim üçün  özümü xoşbəxt hiss edirəm.Amma bu  pulun 95 faizi, yəni 76 milyardı yenə də mənim və onların ehtiyaclarından çoxdur.Mən bu pulu başqalarına yardım etmək məqsədi ilə istifadə edə bilərəm”.
Bu adamlar özlərini kapitalist hesab edir amma bir həqiqəti bilmirlər ki, ictimai yükü olmayan xüsusi mülkiyyət istismarçıdır.Bu adamlar Bill Qeytslə müqayisədə 0% deyillər, özlərini çox böyük tutsalarda uşaqlıqları yoxsulluq içərisində keçib ona görə də, heç vaxt Qarabağ qazilərini erməniyə güllə atanları sevməzlər.Onlar güllə atanlardan qorxurlar.Deməli heç vaxt Bill Qeyts ola bilməzlər.
Erməni tankını vurduğuna görə Umummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı ordeni ilə təltif edilən Cəbrayilov Şamil Əhliman oğlu söhbətə müdaxil edir: Biz qazilər rayon rəhbərimiz başçı V.Hacıyevdən, möhtərəm prezidentimizdən razıyıq, başçı öz prezidentinə, xalqına sadiq birdir, sözsüz ki, məsum deyil, Yalnız sonuncu peyğəmbərimiz Məhəmməd(s.ə.s)-ə məsumluq məxsusdur.Cavidin müalicəsi, nə başçı V.Hacıyev, nə də baş həkim Cəsur Paşayev səviyyəsində deyil.Cəsur Paşayev özü də müharibə qazilərindən biridir.O, İmişli təcili yardım həkimlərinə tapşırıb ki, Cavidə aid əlinizdən nə gəlirsə köməyinizi əsirgəməyin.Sağ olsun təcilin yardımın şöbə rəisi Elnur həkimi eləcədə ona Cavid bəyi xüsusi müalicəsini təşkil etiklərinə görə təşəkkür edirik.Yalnız, Ali baş Komandanımız möhtərəm İ.Əliyev və Birinci xanım M.Əliyevanın göstərişi sayəsində Cavid İsraildə sağala bilər ki, xahişimiz mətbuat vasitəsi ilə dövlət başçısımıza jurnalistlər catdırsınlar”.
Bayraqları Bayraq YAPAN ÜSTÜNDƏKİ QANDIR, torpaq uğrunda ölən varsa, vətəndir.Bayraq günü münasibəti ilə xalqımızı təbrik edirik.Qeyd edim ki, Cavid bəy qururlu kişidir, biz hamımızın bir arzusu var ki, Cavidi dövlətimiz himyayə götürsün.Müharibədə məni tank qovurdu, qarşıda isə uçurum idi, erməniyə əsir düşməkdənsə uçuruma uçdum, qolumu itirdim, amma sağ qaldım, YARADAN məni qorudu.Hadi Rəcəblilərdən min dənə olsa da, bu vətən bu xalq, dövlət uğrunda qan, can vermişik.Bu vətənin, prezident, Ali Baş Komandan şərəfli, vətənin şərəfidir, biz heç vaxt təxribatlara uyan kişilər deyilik, H.Rəcəbli mandatı təhvil verib getməsə Cavid kimi Kişilərin  haqqı var ki, heç vaxt kimdən sağaldılmasını istəməsin və istəmirdə, onun əvəzinə biz istəyirik, Cavidə olan  isti münasibət bu  xalqın QƏHRƏMAN-lıq simvoluna olan münasibətdir və qəbul edəcək kişiləri, Allah qorusun:- dedi qazı Valah Babaşov
Sonda Qarabağ qaziləri prezident möhtərəm İ.Əliyev, Birinci xanım M.Əliyevadan xahiş edərək müraciət etdilər:

  1. Cavid Nərman oğlu Şahbazov Qarabağ əlili onkoloji xəstə olaraq müalicəsi sizlər tərəfindən nəzarətdə saxlanılsın 
  2. Qazinin anası Leyla Şahbazova 3 oğulunu Qarabağ müharibəsinə göndərməsini, iyun 2016-cı il böyük oğlu I qrup Qarabağ qazisi Elman Nəriman oğlu Şahbazovu şəhid kimi dəsfn etməsini, ağlamaqdan gözləri xəstə olmasını nəzərə alınmasını
  3. Cavid Şahbazovun 4 az yaşlı və məktəbli övladlrının atasız qalmamasını nəzərə alınmasını
  4. Sonrakı nəsil gənclərin Qarabağ qazisinə olan ehtiramı görərəkdən, öz dövlətini və prezidentini sevməsi xatirinə qazı Cavid Şahbazovun təxirə salınmadan xaricə göndərilməsini aidiyyatı orqanlara tapşırılmasını
  5. Cavid Şahbazovun qürurlu biri olaraq, heş vaxt kömək barədə müraciət etməməsini nəzərə alıb bizim müraciətimizlə xahişimizi qəbul edəsiniz

İmzalar:

  1. SƏDR:                                   Tapdıqov Taleh Eyvaz oğlu
  2. Müavinlər:                            Babaşov Valeh Nurəddin oğlu
  3.                             Azərbaycan Bayrağı ordenli Cəbrayilov Şamil Əhliman oğlu
  4.                             Sultanov Atif Sultan oğlu Abbasqulu Şadliniskinin nəvəsi
  5.                                               Soltanov Faiq Zahid oğlu
  6.                                                Əliyev Cavid Nərbala oğlu

Jurnalist olaraq qazilərin harayını mətbuatla yaymaqla şərəf duyuruq, inanırıq ki dövlətimiz, prezidentimiz qazilərin xahişini nəzarətə götürəcək.
Məhbub Zülfüqarlı
 
 
 
 

Загрузка...
Загрузка...