Milli Məclisə işə düzəltmək adı ilə dələduzluq – HÖKM

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Fərasət Dəyyanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Fərasət Dəyyanov zərərçəkən İsmayıl Quliyevi Milli Məclisin aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini vəd edib, bunun müqabilində ondan 25 min ABŞ dolları alıb.