Milanda bomba həyəcanı

Çempionlar Liqasının final matçının keçiriləcəyi Milan şəhərində bomba həyəcanı yaşanıb.
Turaninfo.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, şəhərin Kadorna metrostansiyasında naməlum çanta aşkar olunub.
Bu səbədən  bir müddət qatarların hərəkəti dayandırılıb. Təhlükəsizlik xidməti əməkdaşları çantanı yoxlayıb və orada heç bir partlayıcı maddə olmadığı məlum olub. Təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyi bildirilir.
 Qeyd edək ki, bu gün  "Real" və "Ateltiko" arasında “San-Siro”da keçiriləcək oyun saat 22:45-də başlayacaq.