Mikayıl Cabbarovun qələmi qırıldı

Ramazan bayramından sonra hökumətdə çox ciddi kadr dəyişiklikləri gözlənilir
Dəyişiklik əsasən təhsil və səhiyyə sektorunu əhatə edəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, təhsil naziri Mikayıl Cabbarov və səhiyyə naziri Oqtay Şirəliyev böyük ehtimalla postları ilə vidalaşmalı olacaq: Prezident Administrasiyasınsa daxil olan şikayətlər üzrə təhsil və səhiyyə sektoru "liderdi". Xüsusilə də 1-ci sinifə qəbul qaydaları çox böyük sosial narazıllıq yaradıb. Ümumiyyətlə, təhsil sektorunda vəziyyət Misir Mərdanovun nazir olduğu dönəmdən daha da pisdir. Ona görə də nazirliyin strukturunun dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Yəni təkcə kadr islahatı yox, həm də struktur islahatı gözlənilir."

Mikayıl Cabbarov
Mənbənin sözlərinə görə, eyni tendensiya səhiyyə sektorunda da mövcuddur: Son günlər baş verənlər (xəstənin sağlam ayağının kəsilməsi, yeni doğulan üçəm körpədən 2-nin tələf olması və s) də təsdiqləyir ki, səhiyyə sektorunda vəziyyət dözülməzdir. Ümumiyyətlə, təhsil və səhiyyə birbaşa əhali ilə bağlı olduğundan siyai hakimiyyət bununla bağlı şikayətlərə həssas yanaşır. Ona görə də yaxınlarda bu sektorlarla bağlı siyasi qərarlar gözlənilir.

Oqtay Şirəliyev
Mənbənin sözlərinə görə, sosial narazılıq mənbəyi olan daha bir dövlət qurumunda - Əmlak Məsələləri Dövlət Komitəsində də siyasi qərarların qəbulu gözlənilir: Komitənin sədri Kərəm Həsənov etimad limtini artıq bitirib.

Kərəm Həsənov
Bu yaxınlarda komitə sədrinin prezdent fərmanı ilə özəlləşdirmə ilə bağlı son qərarların vermək hüququnu itirməsi də bununla bağlıdır. Prezident Administrasiyasına vətəndaşlaın evlərinin, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı çox saylı şikayətlər daxil olub. Siyasi hakimiyyətin bu sahədə bürokratik problemləri sadələşdirməyi və kadr islahatı barədə qərarlar qəbul ediləcəyi gözlənilir.