Microsoft xəbərdarlıq edir — DİQQƏT!

Microsoft şirkəti “Windows 10”dan istifadənin ödənişli olacağını bildirib.
Turaninfo.az OpTime-a istinadən xəbər verir ki, 29 iyuldan etibarən“Windows 10”-u yükləmək ödənişli olacaq.
Qeyd edək ki, bir müddət əvvəl şirkət “Windows 10” dan istifadənin ödənişli olacağına dair xəbərdarlıq etmişdi.
Tətbiqdən istifadə edənlərin 300 milyon nəfərə çatdığını bildirən şirkətin marketinq idarəçilərindən biri olan Yusuf Mehdi açıqlamasında: “Zaman azalır. Ödənişsiz təklifimiz 29 iyulda bitəcək və bu şansı qaçırmağınızı istəmirik”-deyə bildirib.
Microsofta görə 29 iyuldan etibarən “Windows 10 Home”u almaq üçün 119 dollar ödəmək və ya “Windows 10”lu yeni bir kompüter almaq lazım olacaq.