Məhz bu qüvvələr Trampı yeyəcək...” - Ekspert

 
 
İslam ölkələrinin hərəkətlənməsi müsbət haldır. Lakin təəssüflə deməliyəm ki, müsəlman ölkələrinin addımları, toplantıları ABŞ prezidentini dayandıra bilməyəcək. Amma Trampın ətrafı ona başa salacaq ki, bu hərəkəti böyük səhvdir.
 
Bunu Teleqraf.com-a ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra yaranan böhranı şərh edən ASDP sədri, deputat Araz Əlizadə deyib.
 
Əlizadə xatırladıb ki, ilk dəfə ABŞ prezidentlərindən Bill Klinton Qüdsü İsrailin paytaxtı olaraq tanıması haqda qərar imzalayıb:
 
“Lakin Klinton bu qərarına əlavə etmişdi ki, bu İsrail-Fələstin sülh müqaviləsi bağlandıqdan sonra həyata keçiriləcək.
 
İndiki halda isə sevimli kürəkən və qız məsələsi var. Tramp üçün kürəkəni və sevimli qızı hər şeydən əzizdir. Tramp Qüdslə bağlı qərar versə də, sonra gördü ki, bu həna o hənadan deyil. İslam dünyası müəyyən reaksiya orta qoydu”.
 
Bununla belə Əlizadə deyib ki, onun özü dünyada islam həmrəyliyinə o qədər də inanmır:
 
“Əgər islam həmrəyliyi mövcud olsaydı Fələstin problemi həll olunmuşdu. İslam həmrəyliyi mövcud olsaydı, İran Ermənistana yardım etməzdi. Və ya belə həmrəylik olsaydı, islam dünyasını bir-birini “yeməzdi”. Səudiyyə Ərəbistanı Yəməni dağıtmazdı. Ümumiyyətlə, islam dünyasında həmrəyliyin baş tutmamasının əsas səbəblərindən biri Səudiyyə Ərəbistanıdır”.
 
Deputat əlavə edib ki, ABŞ Prezidenti Tramp gözləyirdi ki, onun qərarından sonra digər ölkələr bir-bir Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq:
 
“Amma Avropa Birliyi, dünya dövlətləri başa düşdülər ki, Trampın qərarı böyük beynəlxalq səhvdir. Odur ki, bu qərarı pislədilər. İndi Tramp da bəyan edir ki, bu qərarını sülh müqaviləsindən sonrakı dövr üçün nəzərdə tutub. Adama sual edərlər ki, əgər Klinton belə qərar veribsə, siz nədən bu qərarl təkrar edirsiniz?”
 
Bununla belə, Araz Əlizadə iddia edir ki, hazırda Tramp azad və müstəqil deyil:
 
“Bir tərəfdən yəhudi lobbisi kürəkəni Kuşner vasitəsilə ona təsir göstərir. Kuşner özü Nyu Yorkun yəhudi icmasının rəhbəridir.
 
Üstəlik indi ABŞ-da güclü senatorlar var və istəyirlər ki, Trampı impiçment etsinlər. Tramp da tədricən ətrafını satır. Bilmir ki, sonda tək qalacaq və onu yeyəcəklər. Tramp dünyada yaxşı biznesmen, gözəl şoumendir. Ancaq görünən odur ki, Donald Tramp beynəlxalq dünya siyasətini bilmir. Bəli, iqtisadi baxımdan ABŞ-da ciddi dirçəlmə yarada bilib. Ancaq siyasi istebleşment dairələrə iqtisadiyyat deyil, öz gəlirləri, hegomonluğu lazımdır. Məhz bu səbəbdən də, onlar getdikcə Trampı zəiflədirlər. Tramp da ətrafını sataraq sonunu yaxınlaşdırır. Parkinson nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə, insan karyera sahəsində inkişaf etdikcə sonda özünün naşılıq səviyyəsinə gəlib çatır”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...