Məhərrəmlikdə toy etmək olarmı? - SORĞU

 
Məhərrəm ayının başlaması sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub.
 
Dini kəsim hesab edir ki, bu ayda toy etmək, spirtli içki içmək, şənlik keçirmək, gülmək olmaz. Müasir gənclik isə bunları qəbul etmir. Hesab edirlər ki, Məhərrəm ayında tətbiq olunan qadağalar cahillikdən və xurafatdan irəli gəlir.
 
Bəs, paytaxt sakinlər necə düşünürlər: Məhərrəmlikdə toy etmək olarmı?
 
AzVision.az bu sualla şəhərdə sorğu keçirib. Sorğuda iştirak edənlərin cavabları müxtəlifdir. Onlar arasında dini inanclara hörmət edənlər, Məhərrəmlikdə toya hazırlaşanlar da var.