Məhəmməd Əlinin unudulmayan sözləri: Kəpənək kimi uçaram, arı kimi vuraram (FOTOLAR)

"Bütün Zamanların Ən Böyük Boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar boksçu Məhəmməd Əli tək rinqdəki performansı ilə deyil, söylədiyi maraqlı sözlərlə də insanların yaddaşında iz salıb.
 BAKU.WS əfsanəvi boksçunun ən maraqlı sitatlarını təqdim edir:  
 Timsahlarla güləşdim, balinayla boğuşdum, ildırıma qandal taxıb həbsə atdım. Mən pisəm. Keçən həftə bir qayanı öldürdüm, bir daşı yaraladım, bir körpünü xəstəxanalıq etdim. Dərmanı belə xəstə etdim.
İki zənci adamın döyüşünü bir çox ağ adamın izləməsinə boks deyilir.
(Haqqında həbs cəzası istəndiyində) Hökumət doğru olduğunu düşündüyü şeyi etdi, mən də.
Mənim adım Serbiya, Pakistan və Mərakeşdə bilinir. Bu ölkələrdə "Kentucky" derbisini izləyən yoxdur.
Yoldaşını gördüm. Göründüyün qədər axmaq deyilsən.
 Bu da sadə bir işdir. Otlar böyüyər, quşlar uçar, dəzi dalğalanar. Mən də insanları döyərəm.
İngilis dilində əla danışmıram, amma sizə ağıl verirəm.
Yuxularınızı reallaşdırmğın ən yaxşı yolu oyanmaqdır.
 Böyük bir çempion olmaq üçün ən yaxşı olduğunuza inanmalısınız. Elə olmasan belə, elə davranmaq lazımdır.
İnsanlar bu günlərdə çox yavaş danışdığımı söyləyir. Bu sürpriz deyil. Hesapladım, tam 29.000 yumruq zərbəsi aldım, lakin bunun qarşılığında 57 milyon dollar qazandım. Və bunun yarısını yığdım. Yəni mən bir neçə sərt zərbə aldım. Pul qazanmadan silah və bıçaqla hər il neçə zənci insan öldürülür. Yavaş danışa bilərəm, amma ağlım yerindədir.
O qədər sürətliyəm ki, otağımda işığı söndürməyə qalxdığımda, işıq sönmədən oturduğum yerə qayıda bilirəm.
Bir çox qara insanın başı dərddədir. Amma onlar azad olmadıqca mən də azad ola bilmərəm.
Kəpənək kimi uçaram, arı kimi vuraram.