Məhəmməd Əlinin oğlundan iyrənc hərəkət

 
Məhəmməd Əli sağ ikən onunla və digər ailə üzvləri ilə əlaqələrini kəsən oğlu Məhəmməd Əli Jr daha bir hərəkəti ilə hamını qəzəbləndirib.
 
Axar.az xatırladır ki, əfsanə boksçunun 80 milyonluq sərvəti naxələf oğulun, onun anası Lonni və boksçunun digər 8 övladı arasında bərabər bölünmüşdü. 
 
Əli Jr isə böyük sərvəti əlinə keçirən kimi həyat yoldaşı və 2 kiçik qızını tərk edərək evdən ayrılıb, Çikaqonun lüks yerində özünə bahalı ev alıb.
 
Son 10 ildə maddi çətinliklər içərisində yaşayan Əli Jr və ailəsi acından ölməmək üçün ödənişsiz yemək paylanılan çadırlara gedib. Bir anda sərvət əldə etdikdən sonra çətin vəziyyətdə olan ailəsini atması ictimaiyyətin qəzəbinə səbəb olub.