Məhəmməd Əlinin dəfnində rüsvayçılıq - hüzr mərasimindən pul qazandılar (Foto)

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimi üçün paylanan biletlər qara bazarda satışa çıxarılıb.
Avropa.info xəbər verir ki, boksçunun ailəsinin mətbuat katibi Bob Gannel isə bunun çox rüsvayçı bir şey olduğunu söyləyib.
İngiltərənin “The Independent” qəzetinin yaydığı məlumata görə, ötən gün Məhəmməd Əlinin dəfn mərasimi üçün 14 min pulsuz bilet çap olunub.
Çap olunan biletlərin yarım saat içində paylanıb qurtardığı bildirilir.  Buna səbəb isə boksçunun pərəstişkarlarının bilet almaq üçün gecədən növbəyə durmaları olub.
Amma çox keçmədən həmin biletlərin qara bazarda satışa çıxarıldığı məlum olub. Ailənin mətbuat katibi Bob Gunnel isə məsələylə bağlı bunları deyib:
"Məhəmməd Əlinin cənazə mərasimindən özü üçün mənfəət əldə etməyə çalışanlardan iyrənirəm və mən bu vəziyyət qarşısında şokdayam."
Biletlərin qara bazarda 100 dollara satıldığı bildirilir.