Məhəmməd Əli torpağa tapşırıldı

Amerikalı əfsanəvi boksçu Məhəmməd Əli doğulduğu Kentukki ştatının Luisvil şəhərinin Kave Hill məzarlığında dəfn edilib.
Axar.az xəbər verir ki, müsəlman boksçunun dəfninə minlərlə pərəstişkarının gəldiyi bildirilib.
Buna baxmayaraq, Məhəmməd Əlinin ailəsi və yaxınlarının iştirakı ilə torpağa tapşırıldığı bildirilib.
Qəbiristanlığın yaxınlığında əfsanəvi boksçunun şərəfinə yaradılan muzeyin fəaliyyət göstərəcəyi vurğulanıb.
Qeyd edək ki, Məhəmməd Əli uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat etmişdi.