Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yeni direktor təyin olunub

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə təyinat olub.
APA-nın xəbərinə görə, direktor vəzifəsinə Ədalət Həsənov təyinat alıb.
 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 Qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev ötən həftə vəzifəsindən azad olunub. Ə. Həsənov Ş. Musayevin müavini olub.