Məhkəmə ataya alimenti pizza ilə ödəməyə icazə verib

İtaliyanın Padua şəhərinin sakininə alimenti pizza ilə ödəməsinə icazə verilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “The Local” qəzetində yer alıb.
Adı açıqlanmayan şəxs həyat yoldaşından ayrıldıqdan sonra balaca qızı üçün hər ay 300 avro verəcəyinə söz verib.
Lakin sonradan məlum olub ki, 50 yaşlı kişinin bu məbləği ödəməyə imkanı yoxdur. 300 avro yerinə bu məbləğdə pizza hazılrayıb, qızına göndərən ata, keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə verilib.
Peşəkar pizzaçı olan atanı yerli məhkəmə haqlı sayaraq, onun bu yolla aliment ödəməsində heç bir qəbahət olmadığını bildirib.