Metropolitendən bu gün metroda baş vermiş hadisə ilə bağlı AÇIQLAMA (YENİLƏNDİ)

Baxış sayı: 
210

 
 “Bakı Metropoliteni”QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib:
“Qatar platformanın ortasında olanda 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və relsin üzərinə yıxılıb. O, platformanın digər başında olduğundan maşinist qatarı vaxtında saxlaya bilib. Nicat Nuriyev heç bir xəsarət almadan xilas edilib. Videokamera görüntülərindən də onun qatara minmək üçün irəli addım atdığı, lakin ayağı büdrədiyindən yıxıldığı görünür”.
***
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.
Təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb.
Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar. (milli.az)
Gülxar

Загрузка...
Загрузка...