​Metronun qarşısındakı qətlin TƏFƏRRÜATI- 13 yaşlı bacısını görüşə dəvət edib

 
Bakıda metronun “Memar Əcəmi” stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.
 
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1999-cu il təvəllüdlü təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.
 
O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.
***
Bakıda qətl törədilib.
Hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.
Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...