Metroda hicablı qadını təhqir edib, üzünə tüpürdü – VİDEO

 
Türkiyədə metro stansiyasında işə gedən hicablı qadını təhqir edərək “Sənin kimi xurafatçılara görə bu ölkə bu haldadır” deyən şəxs tutuldu.
Minval.İnfo xəbər verir ki, xadimə olan Kərimə Pehlivana Bostançı metro dayanacağında minmək istədiyi liftin yanında gözləyən bir nəfər əvvəlcə ona tüpürüb, sonra isə “Sənin kimi xurafatçılara görə bu ölkə bu haldadır” deyərək şəxsinə nalayiq sözlər deyib.
Şikayətdən dərhal sonra mühafizə kameralarını incələyən polislər həmin şəxsi saxlayıblar.

Загрузка...
Загрузка...