Metroda gərginlik: sərnişin qatar yoluna düşdü – Təcili

Baxış sayı: 
144

 
Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.
 
Bu barədə Axar.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzimi Paşayev məlumat verib. O bildirib ki, hadisə qatar olmayan vaxt baş verib.
 
N.Paşayevin sözlərinə görə, gərginliyi ayırıb, sərnişini çıxartmağa çalışırlar:
 
“Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız”.
 
***
 
N.Paşayevin verdiyi məlumata görə, relslərin üzərinə düşən qadının 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı olduğu məlum olub.
 
"O, "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibi yardıb çağrılıb. Olay səbəbindən xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb" - N.Paşayev bildirib.
 

Загрузка...
Загрузка...