“Metroda gediş haqqını biz qaldırmırıq” - Rəsmi açıqlama

 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib”
 
Bu haqda gununses.info-ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
O qeyd edib ki, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. “Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib”-, deyə qurumun sözçüsü bildirib.