Metroda çətin anlar: Evə tələsən sərnişinlər yolda qaldı

Baxış sayı: 
181
0  
0  

 
 
Bu saatlarda Bakıda metroda çətin anlar yaşanıb.
 
Moderator.az -ın əməkdaşının verdiyi xəbərə görə, Elmlər Akademiyasından Nizami stansiyasına hərəkət edən qatar Elmlər Akademiyası stansiyasında 15 dəqiqəyə kimi ləngiyib. Maşinist qatarın bir neçə dəqiqə gözləməli olduğunu bildirsə də, ləngimə uzun çəkib.
 
Bəlli olub ki, qabaqdakı qatar xarab olduğundan Nizami stansiyasında sərnişinləri düşürtməyə məcbur olublar.
 
Nəticədə arxadan gələn qatarlara minib düşmə zamanı yaranan basabas sərniçinləri bərk qəzəbləndirib. Stansiyalarda sərnişinlərin sıxlığı yaranıb və axşam evə tələsən sərnişinlər bu mənzərərədən çox dilxor olublar.
 
Görək metropoliten rəhbərliyi bu dəfə baş verənlərə necə şərh verəcək.

Загрузка...
Загрузка...