Merkellə selfinin müəllifi terrorçuya bənzədilməsindən məyusdur

Almaniyanın baş kansleri Angela Merkellə selfinin müəllifi Brüsseldə özünü partladan terrorçu ilə səhv salınmasından məyus olub.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, Almaniyanın “Deutsche Welle” teleradio şirkətinə telefonla verdiyi müsahibədə 19 yaşlı suriyalı Anas Modamani  fotosundan internetdə istifadə edilməsindən narazı qalıb.
Modamani bildirib ki, Almaniyaya Dəməşqdən payızda gəlib. Alman ailə onu himayəyə götürüb. O, bu ilin əvvəlindən alman dili kurslarına getdiyini deyib.
Modamaninin dostu Lyan Çenq isə “Deutsche Welle”yə bildirib ki, suriyalı gənc Almaniya polisinin internetdə yayılan şayiələrə inanacağından narahat olub.
Qeyd edək ki, KİV-də Angela Merkelin Avropaya gələn qaçqınlarla şəkil çəkdirərkən Brüssel terrorçularının biri ilə selfi etməsi barədə məlumatlar yayılıb.