​Merkelin sözü keçmədi – Türkiyəyə 80 milyonluq yardım

 
Sentyabrın 24-nə planlaşdırılan parlament seçkisi kampaniyasında Türkiyəyə ayrılan maliyyənin qarşısını alacağını vəd edən Almaniya kansleri Angela Merkelin istəyi ürəyində qalıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Almaniya federal hökuməti Türkiyəyə 80 milyon avro ayrılması ilə bağlı qərar qəbul edib.
 
Məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Nəşr bildirib ki, maliyyə miqrantlarla bağlı sazişi çərçivəsində Türkiyəyə çatdırılacaq. Bununla Almaniyadan Türkiyəyə göndərilən pulun həcmi 314,6 milyon avroya çatacaq.
 
Qeyd edək ki, miqrant sazişinə əsasən, Almaniya Türkiyəyə 427,5 miylon avro ödəməlidir.

Загрузка...
Загрузка...