Merkeldən Məsud Özillə bağlı açıqlama

Almaniya milli yığmasında oynayan futbolçular bərabər hüquqlara sahibdir.
 Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ölkə millisinin futbolçusu Məsud Özilin ümrə ziyarəti ilə bağlı sosial şəbəkələrdə paylaşılan fotolara görə yayılan qalmaqallara münasibət bildirərkən deyib.
 “Hər oyunçu yığmanın bərabərhüquqlu üzvüdür. Almaniyada din azadlığı var. Yəni hər kəs istədiyi dinə etiqad edə bilər”, - Merkel bildirib.
 Xatırladaq ki, Məsud Özilin ümrə ziyarəti Almaniyada ciddi qalmaqala səbəb olmuşdu. Bəzi radikal partiya liderləri bunun alman xalqının təhqir edilməsi kimi qələmə vermişdilər.