Merkel Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir

 
Almaniya Türkiyə ilə əməkdaşlığa davam etmək niyyətindədir, amma bununla yanaşı bu ölkədə mətbuat azadlığı, insan haqları ilə əlaqədar problemlərə də diqqət çəkəcək.
 
Turaninfo.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Bundestaqda Almaniyanın kansleri Angela Merkel çıxış edib.
 
“Danışıq xəttini saxlamaq lazımdır, - o deyib. – Biz Türkiyə ilə düşünülmüş kooperasiya aparmaqda maraqlıyıq, amma bu, bizi narahat edənlərdən danışmamalıyıq demək deyil”. 
 
Daha öncə Almaniya parlamentinin Osmanlı imperiyasında ermənilərin soyqırıma məruz qalmalarına dair qətnaməni qəbul etdikdən sonra Türkiyə və Almaniyanın münasibətləri korlanmışdı.
 
Yerli müşahidəçilərin qeyd etdiklərinə görə, Almaniya Türkiyədən asılıdır, belə ki, Ankara Aİ ölkələrinə istiqamətlənəcək qaçqın axınının qarşısını alıb.