​Merkel tarixin ən böyük məğlubiyyətinə uğradı

 
Almaniya kansleri Angela Merkelin rəhbəri olduğu Xristian Demokrat Partiyası Berlin əyalət seçkilərində ağır məğlubiyyətə uğrayıb.
 
Axar.az xəbər verir ki, xristian-demokratlar cəmi 18 faiz səs toplayıb.
 
2011-ci il Berlin seçkilərində Merkelin partiyası 23.3 faiz səs toplamışdı.
 
15 ildir Berlin əyalətini idarə edən Sosial Demokrat Partiyası 5 faiz səs itirməsinə baxmayaraq, 23 faiz səslə seçkilərdən qalib çıxıb.