Merkel rəsmən namizəd oldu

 
Almaniyada gələn il keçiriləcək parlament seşkilərində iştirak edəcəyini açıqlayan kansler Angela Merkel baş nazir postu uğurunda yarışacağını bəyan edib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi Xristiyan Demokrat Birliyindəki (CDU) qaynaqlara istinadən məlumat yayıb. Merkelin 2017-ci ildə keçiriləcək seçkilərdə dördüncü  dönəm üçün baş nazir postuna namizəd olacağı rəsmən təsdiqlənib.
 
Merkel 2000-ci ildən bəri partiyanın baş katibidir. 2005-ci ildən isə baş nazir postunda əyləşib. O, yenidən seçilərsə Almaniyanın tarixində ən uzunömürlü kansler olacaq.