​Merkel regional seçkiləri uduzdu

Almaniyada Baden-Württemberg, Rheinland-Pfalz və Saksoniya-Anhaltda vilayətlərdə regional seçkilər keçirilib. Bu seçkilər kansler Merkel üçün uğursuz olub.  Merkelin qaçqınlarla bağlı “açıq qapı” siyasətinə qarşı olan Almaniya Alternativ Partiyasının səslərini artıracağı gözlənilir. Bu partiyanın hazırkı şüarları “Sərhədlərin təhlükəsizliyini təmin edin”, “qaçqın xaosuna son qoyun”dur.   Berlində isə təxminən 2 min adamın iştirakı ilə etiraz Merkelin əleyhinə etiraz aksiyası keçirilib. Aksiyaçılar kanslerin istefasını tələb edib. Onlar “Merkel getməlidir”, “Xalq bizik” şüarları səsləndiriblər.