Merkel Ərdoğanın ittihamlarına cavab verdi

Almaniyanın federal kansleri Angela Merkel Azərbaycan prezidenti İlahm Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin bundestaqın "erməni soyqırımı"na dair qərarına olan etirazlarına münasibət bildirib.
 Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Merkelə görə, Türkiyə tərəfinin Bundestaq deputatlarının ünvanına səsləndirdiyi şikayət və ittihamlar anlaşılmazdır: “Şəxsən mən Ermənistan və Türkiyə arasında birbaşa danışıqların başlanmasının tərəfdarıyam. Bundestaq üzvləri sərbəst seçilmiş deputatlardır və Türkiyə tərəfindən səslənən ittiham və şikayətləri anlaşılmaz hesab edirəm".
 Xatırladaq ki, Türkiyə prezidenti R. T. Ərdoğan Bundestaqın deputatlarını, xüsusilə də, türk əsilli üzvlərini ittiham edib.