Merkel Ərdoğana güzəşt etməyə hazırdır

Almaniya kansleri Angela Merkel rəsmi Ankara ilə vizasız rejimə keçməyə hazırdır.
 Axar.az xəbər verir ki, bu barədə İngiltərənin Berlindəki səfiri Sebastian Vud deyib.
 Onun sözlərinə görə, Merkel administrasiyası Türkiyə ilə vizasız rejimə keçməyin başlıca şərtlərindən biri olan “Terrorla mübarizə” Qanununun dəyişdirilməsinə formal olaraq, rəsmi Ankaraya güzəştə getməyə hazırdır.
 İngiltərənin Türkiyədəki səfiri Riçard Morun sözlərinə görə isə AB Türkiyə ilə vizasız rejimə keçmə sözünü yerinə yetirməzsə, Ərdoğan miqrantlar üçün Avropa qapısını açacaq.
 Mayın əvvəlində Avropa Komissiyası Avropa Parlamentinə və Aİ Şurasına Türkiyə ilə vizasız rejimə keçməyi təklif edib.
 Qeyd edək ki, Merkel Türkiyənin Avropadan geri qaytarılan miqrantları qəbul edəcəyi halda rəsmi Ankara ilə vizasız rejimin tətbiqinə dəstək verəcəyini bildirib. Lakin o, Türkiyənin AB-yə qəbul edilməsinin gündəmdə olmadığını açıqlayıb.