Merkel etiraf etdi: 'Ərdoğandan icazə ala bilmədim'

Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Varşavada keçirilən görüşdə İncirlik hərbi bazasına alman nümayəndələrin səfəri ilə bağlı razılıq əldə edilməmişdi.
 Axar.az xəbər verir ki, Almaniya kansleri artıq Ərdoğanla görüşdə razılıq ala bilməməsini açıq şəkildə etiraf edib.
Alman əsgərlərini millət vəkillərinin İncirlikdə ziyarət etmələrinin təbii olduğunu qeyd edən Merkel Almaniya parlamentinin məsələ ilə bağlı icazə verdiyini, ancaq Ərdoğandan heç cür icazə ala bilmədiyini bildirib.
 Merkel qeyd edib ki, bu məsələdə razılıq əldə ediləcəyinə ümid edir.