Merkel Brüsseli partladan terrorçu ilə selfi çəkdirib? – ( Foto...Video)

Tvitter sosial şəbəkəsinin istifadəçiləri Almaniya kansleri Angela Merkelin bir qaçqın gənclə birgə fotosunu müzakirə edir.
Turaninfo.az-ın Musavat.com-a istinadən  xarici qaynağa istinadən verdiyi xəbərə görə, foto ötən ilin sentyabrında çəkilib.
İstifadəçilər həmin miqrantla Brüsseli partladan terrorçulardan biri ehtimal edilən Nacim Laaşrau arasında ciddi oxşarlıq müəyyən ediblər.
Az öncə Belçika Prokurorluğu adı çəkilən şəxsin Brüssel hava limanını partladan ikinci intiharçı olduğunu təsdiqləyib.
Martın 22-də daha bir partlayış metroda törədilib. Üst-üstə 31 nəfər həlak olub.